“Ukraynanın NATO-ya yolu dönməzdir” - Marko Rutte
“Bütün siyasi bəyanatlara baxmayaraq, alyansın NATO-da Ukrayna ilə bağlı qərarı dəyişməz olaraq qalır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO baş katibi Marko Rutte Brüsseldəki görüş başa çatdıqdan sonra jurnalistlərə bildirib.
Baş katib Ukraynanın üzvlük istəkləri və sülh danışıqları məsələsini qarışdırmamağı xahiş edib.
O, həmçinin qeyd edib ki, NATO-nun Vaşinqton sammitinin qərarı qüvvədə qalır: “Biz qərara gəldik ki, Ukraynanın yolu dönməzdir. Lakin biz heç vaxt üzvlüklə bağlı qərarın sülh sazişləri çərçivəsində olacağına söz verməmişik”.
Xatirə SADİQ