Elçin Ağamalıdan bacısı qızının videosuna REAKSİYA

Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. 

Nov 26, 2025 - 14:47
Elçin Ağamalıdan bacısı qızının videosuna REAKSİYA

Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə həmin xanım dinini dəyişib. 

SAVASHMEDİA.az məsələ ilə bağlı həm deputat Günay Ağamalıya, həm də Ana Vətən Partiyasının  sədri Fəzail Ağamalıya dəfələrlə zəng edib.

Lakin nə Günay Ağamalı, nə də Fəzail Ağamalı zənglərə cavab verib.

Deputatın qardaşı Elçin Ağamalı isə yayılan video haqqında "yeni sabah"a ancaq bir cümlə deyib: 

“Bununla bağlı heç bir şərh verməyəcəyəm”.

Xatırladaq ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Bu səbəbdən videonun məzmunu və iddialar daha da diqqət mərkəzinə düşüb.

Aytən