"Mən onun xoşuna gəlirəm, ağıllı oğlandır" - Tramp
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla əlaqəni bərpa etməyi planlaşdırdığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
Keçmişdəki əməkdaşlıqlarını “məhsuldar” adlandıran Tramp qeyd edib ki, prezidentliyinin ilk dövründə Kim Çen Inla yaxşı münasibətdə olub.
“Mən onun xoşuna gəlirdim və mən onunla yola gedirdim”, - deyə o, xatırladıb.
Şimali Koreya lideri ilə yenidən əlaqə saxlayıb-saxlamayacağı sualına ABŞ prezidenti müsbət cavab verib: “Mən onunla yenidən əlaqə saxlayacağam”.
Tramp iddia edib ki, Şimali Koreya diktatoru dini fanatik deyil və ağıllı oğlandır.
Xatırladaq ki, ilk prezidentlik dönəmində bu iki liderin Sinqapur, Hanoy və Koreya sərhədində 3 görüşü keçirilib. Bu görüşlər konkret nəticə verməsə də, Tramp iddia edirdi ki, Şimali Koreyadan gələ biləcək nüvə təhlükəsi artıq mövcud deyil.
Hazırda isə Şimali Koreya hərbi baxımdan fəal şəkildə işğalçı dövlət olan Rusiyanı Ukrayna müharibəsində dəstəkləyir.
Xatirə SADİQ