Netanyahudan bütün türkləri qəzəbləndirəcək AÇIQLAMA - Elə bir söz dedi ki...

İsrailin Baş naziri Benyamin Netanyahu "erməni soyqırımı"nın tanınmasını dəstəklədiyini açıqlayıb.

Jun 27, 2026 - 23:56
Netanyahudan bütün türkləri qəzəbləndirəcək AÇIQLAMA - Elə bir söz dedi ki...

SAVASHMEDİA.az xəbər verir ki, Netanyahu mətbuat konfransında bu barədə suala cavab verərkən, "Mən bunun tanınmasından heç vaxt çəkinməmişəm və bunu qəti şəkildə dəstəkləyirəm", - deyə bildirib.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar X hesabında "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini hökumətin təsdiqinə təqdim edəcəyini açıqlayıb.

Qeyd edək ki, Netanyahu daha əvvəl də bu mövzuda oxşar mövqe nümayiş etdirib, lakin İsrail dövləti indiyədək "erməni soyqırımı"nı rəsmi şəkildə tanımayıb. Qətnamənin qüvvəyə minməsi üçün əvvəlcə hökumətin, daha sonra isə Knessetin (İsrail parlamenti) təsdiqi tələb olunur.

İsrail uzun illər bu məsələdə Türkiyə ilə münasibətləri nəzərə alaraq ehtiyatlı mövqe sərgiləyib. Bununla belə, son illərdə Ankara-Təl-Əviv münasibətlərinin gərginləşməsi fonunda mövzu yenidən gündəmə gəlib.

Oğuz