"Görüş pis keçsə, Zelenskiyə zəng etməyəcəyəm" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçirilməsi planlaşdırılan Alyaska sammiti öncəsi açıqlamalar verib.

Aug 14, 2025 - 21:20
"Görüş pis keçsə, Zelenskiyə zəng etməyəcəyəm" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri bu haqda jurnalistlərə danışıb.

“Hesab edirəm ki, Putinin görüşə razılıq verməsində yeni sanksiyalar paketi ilə bağlı təhdidlər də rol oynayıb”.

Tramp onu da əlavə edib ki, sabahkı görüşdə atəşkəs razılaşmasının əldə olanacağı sual altındadır:

“Putinlə görüşüm pis keçsə, kiməsə zəng etməyəcəyəm. Yaxşı keçsə, Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyəm. Birgə mətbuat konfransının olub-olmayacağını isə hələ bilmirik”.