Rusiyaya məxsus təyyarə qəzaya uğradı - Pilot tapılmır
Rusiyaya məxsus qırıcı təyyarə Qara dəniz üzərində qəzaya uğrayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, hadisə Ukraynanın Odessa vilayəti yaxınlığındakı Zmeyni adasında baş verib.
"Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat xidməti Rusiyaya məxsus təyyarə ilə əlaqənin itirilməsi barədə məlumat alıb. Söhbət Zmeyni adasının cənub-şərqində tapşırıqları yerinə yetirən Su-30SM təyyarəsindən gedir. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı məlum deyil.", - Ukrayna Hərbi Dəniz Qüvvələrinin Telegram-dakı açıqlamada deyilir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ruslar axtarış-xilasetmə əməliyyatı aparır və təyyarənin qalıqları dəniz səthində aşkar edilib. Pilotun hələ də tapılmadığı bildirilir.
Oğuz