Kəlbəcərdə minaya düşən şəxs MAXE imiş - FOTOSU
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Kəlbəcərdə minaya düşən şəxsin hərbçi olduğu məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur (MAXE).
Emin Tanrıverdiyev