Məşhur rejissor vəfat etdi - FOTO

Məşhur amerikalı rejissor və ssenarist Robert Benton 92 yaşında Nyu Yorkda vəfat edib.

May 14, 2025 - 09:00
Məşhur rejissor vəfat etdi - FOTO

Bu barədə "New York Times" onun menecerinə istinadla məlumat yayıb.

Benton "Bonnie and Clyde", "Superman2, "Kramer vs. Kramer", "Places in the Heart" və "Billy Bathgate" kimi məşhur filmlərin ssenari müəllifi və rejissoru olub. O, yeddi dəfə Oskar mükafatına namizəd olub və üç dəfə qalib olub. Bundan əlavə, Benton Berlin Beynəlxalq Film Festivalının "Qızıl Qlobus" və "Gümüş Ayı" mükafatlarına laiq görülüb.

Nəşrin məlumatına görə, Benton son vaxtlar öz xatirələri üzərində işləyib. (publika)

Fotoda Robert Benton