Yardımlıda müəllim öz şagirdini qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.

Jul 3, 2025 - 12:26
Yardımlıda müəllim öz şagirdini qaçırdı

Məlumata görə, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi olan qızı qaçırıb. Qeyd edək ki, qız bu il 11-ci sinifi bitirib.

Həmin məsələ ilə bağlı hazırda Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin araşdırma zamanı 17 yaşı tamam olmuş yeniyetmənin məktəbli olmadığı müəyyən edilib. (unikal)