Dayı bacısının azyaşlı oğlunu diri-diri torpağa basdırdı – Qandonduran TƏFƏRRÜAT + FOTO
Dayı 10 yaşlı bacısı oğlunu diri-diri torpağa basdırıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda baş verib.
Məlumata görə, suriyalı Amir Alcedduha cümə günündən itkin düşüb. Ailəsi Amirin məktəbdən qayıtmadığını gördükdə polisə xəbər verib. Hərəkətə keçən polis azyaşlının oxuduğu məktəb və ətraf ərazilərdəki 200-dən çox təhlükəsizlik kamerasının çəkdiyi görüntüləri izləməyə başlayıb.
Görüntülərdə Amirin dayısının maşınına mindiyi aşkarlanıb. Dayı isə Amiri görmədiyini bildirib. Polis və AFAD iki günlük axtarışlarından sonra Amiri başından yaralı halda torpağa basdırılmış olaraq tapıblar.
Xəstəxanaya aparılan azyaşlının tibbi personaldan ilk istəyi su olub. Amir əməliyyat olunub, hazırda reanimasiyadadır. Amir polislərə verdiyi ifadədə dayısı tərəfindən qaçırıldığını, döyüldüyünü və torpağa basdırıldığını bildirib. 30 yaşlı dayı törətdiyi əməli inkar etsə də saxlanılaraq həbs edilib.
Banu