Rusiya Müdafiə Nazirliyinin əməkdaşı öldürüldü - FOTO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əks-kəşfiyyat idarəsinin əməkdaşı Vladimir Feşenko yanvarın 13-də Moskvanın mərkəzində güllələnib.
SAVASHMEDİA.az bu barədə “RBC” telekanalına istinadən xəbər verir.
Qətlin səbəbləri ilə bağlı araşdırmalardan xəbərdar olan mənbə telekanala bildirib ki, cinayət hadisəsi Rusiya Müdafiə Nazirliyinin binalarından birində baş verib.
Mənbənin sözlərinə görə, əsas versiya ehtiyatsızlıqdan adam öldürməkdir, tapança gülləsi Feşenkonun başına dəyib.
“Ola bilsin ki, atəş iki kişi arasında yaranmış mübahisə nəticəsində açılıb”, - deyə mənbə ehtimal edib.
Xatirə SADİQ
Vladimir Feşenko