Bayden administrasiyasının bu tələbi Lavrovu özündən çıxardı 

“Prezident Co Baydenin administrasiyası Amerikanın növbəti lideri Donald Trampın komandasının fəaliyyəti üçün ilkin şərtləri pozmağa çalışır”.

Jan 14, 2025 - 14:54
Bayden administrasiyasının bu tələbi Lavrovu özündən çıxardı 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Rusiyanın “Qazprom” və “Qazprom Neft” şirkətlərinin Serbiyanın Neft Sənayesi (NIS) şirkətində payının sıfıra endirilməsi ilə bağlı Vaşinqtonun Belqraddan tələbini şərh edən nazir buna belə reaksiya verib: “Amerika siyasətində demokratların belə davranışları var – gedənə yaxın növbəti administrasiyanın işini murdarlamaq. İndi isə eyni zamanda, rus dilində desək, həm serblərə, həm də Tramp administrasiyasına badalaq vurmaq istəyirlər”. 

Nazir hesab edir ki, vaxtilə keçmiş prezident Barak Obama oxşar addım atmışdı. O, səlahiyyətlərinin Trampa verilməsindən üç həftə əvvəl 120 rusiyalı diplomatı ölkədən çıxarmışdı.

“Səni artıq seçmədikləri zamanda və sənin komandan amerikalıların əksəriyyəti tərəfindən dəstək verilməyən bir şəkildə Amerikanı görəndə, tamamilə etik olaraq, təkcə siyasi deyil, həm də insani ədəb baxımından seçkilərlə andiçmə arasında olan haradasa üç ayı axıra qədər oturub gözlə. Oturub anlayın ki, xalq başqa siyasəti istəyir. Yox, biz mütləq qapını çırpacağıq ki, heç kəsə az görünməsin”, - deyə Lavrov şikayətlənib.

Vaşinqton bəyan edib ki, bu tələb Belqradın iki ölkənin strateji əməkdaşlığı üçün risklərdən qaça biləcək yeganə yoludur. “Rusiya çox cüzi bir məbləğə NIS-də pay alıb və indi Serbiyadan Ukraynada xərcləyə biləcəyindən daha çox pul çıxarır. Biz bu ehtiyat axınının dayandırılmasını, dayandırılmasını istərdik və Serbiya hökumətinə söz vermişik ki, Serbiyaya neft tədarükündə heç bir fasilə olmaması üçün çalışacağıq”, - deyə ABŞ-nin sanksiyalar üzrə koordinatoru Ceyms O'Brayen bildirib.

O qeyd edib ki, Rusiya şirkətləri ilə bağlı oxşar tələb əvvəllər digər ölkələrə - Niderland, İsveçrə, Türkiyəyə qarşı da irəli sürülüb.

Xatirə SADİQ