Erməni separatçısını Moskvada öz həmyerlisi partladıb – Rusiya telekanalları
Moskvadakı “Alıye parusa” yaşayış kompleksində baş verən partlayışı ölümə məhkum adam törədə bilərdi.

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“REN” TV və RT-nin məlumatına görə, həmin şəxsin bədəninə partladıcı qurğu yerləşdirilibmiş.
Vəziyyətlə tanış olan mənbə “RBC” telekanalına bildirib ki, ilkin versiyaya görə, “terrorçu-kamikadze”nin elit qoşunlarla əlaqəsi ola bilərdi. Ehtimala görə, birinci ölən şəxs elə cinayətkarın özü olub. O, Sarkisyan peyda olanda MON-50 piyada əleyhinə minanı işə salıb.
İlkin məlumata görə, bu şəxs əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşı olub. Onun bir neçə tərəfdaşı saxlanılıb. Partlayıcı qurğunun gücü təxminən 300 qram trotil ekvivalentində olub.
İstintaq Komitəsi iki və ya daha çox şəxsi öldürməyə cəhd, ümumi təhlükəli üsulla adam öldürmə və qanunsuz silah alveri maddələri ilə cinayət işi açıb.
Partlayış nəticəsində xəstəxanada ölən 46 yaşlı separatçı, “DXR” Boks Federasiyasının rəhbəri və “Arbat” könüllülər batalyonunun yaradıcısı Armen Sarkisyanın da gənclik yaşında Ermənistandan Donbasa gəldiyi bildirilir.
Ukrayna Təhlükəsizlik Xidməti Sarkisyanın hələ 2014-cü ildə Kiyevin mərkəzində silsilə qətllərin təşkilində əli olmaqda şübhəli bilinərək axtarışa verildiyini bildirib.
Ukrayna kəşfiyyatçıları onu keçmiş prezident Viktor Yanukoviçin çevrəsinin üzvü adlandırır.
Xatirə SADİQ