"CHP-dəki xarici qüvvə sənsən, sən Trampın hesabısan" - Özeldən Ərdoğana + VİDEO

Cümhuriyyət Xalq Partiyasının (CHP) seçilmiş sədri Özgür Özel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt təndiq edib.

Jun 28, 2026 - 00:07
"CHP-dəki xarici qüvvə sənsən, sən Trampın hesabısan" - Özeldən Ərdoğana + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Ö.Özel Qaziantepdə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşü zamanı Ərdoğanın bugünkü çıxışından da danışıb.

Özel bildirib ki, CHP-dəki tək xarici qüvvə Ərdoğanın özüdür:

“Bu gün çıxıb deyir ki, CHP-nin xarici qüvvələrdən xilası, şübhəsiz ki, həm siyasət, həm də Türkiyə üçün xeyirli olacaq. Deyir ki, inşallah CHP xarici qüvvələr tərəfindən partiyaya yerləşdirilən agentlərdən xilas olacaq. Vallah, CHP-də bir dənə xarici qüvvə varsa, o da sənsən. Sənin partiya üstündən etdiyin hesablamalardır. Ölkəyə gələn ABŞ səfiri (Tom Barrak –red)  deyir ki, Tramp çox ağıllı adamdır, Ərdoğanla razılığa gələcək. Onda (Ərdoğanda-red) olmayanı verəcək, onda (Ərdoğanda –red) olanların hamısını alacaq.  “Onda olanların hamısı” dediyi nadir torpaq elementləridir. Ordunun, Giresunun mədənlərini, mədən lisenziyalarını deyir. Qızıldan danışır, Qaz dağının altındakı qızıl yataqlarını nəzərdə tutur. Deyir ki, Ərdoğandan hər şeyi alacaq. 250 təyyarə sifarişindən danışır. Daha ucuz variant olduğu halda, ABŞ-dən baha qiymətə təbii qaz alınmasını nəzərdə tutur. Deyir ki, hər şeyi alacaq, əvəzində onda olmayanı verəcək. Bəs nədir onda olmayan? - Legitimlik.

Buradan “Xarici qüvvələrin üstünlük verdiyi CHP-dəki şəxslər” deyənə səslənirəm. Əgər xarici qüvvələrin üstünlük verdiyi biri varsa, o da ölkənin başında səni saxlamaq üçün min cür plan quran və bunu açıq şəkildə dilə gətirən ABŞ-dir, Trampdır. Sən Trampın hesabısan. Biz isə xalqın hesabıyıq. Biz binadan çıxıb xalqa sığınmışıq. Xalqla birlikdə addımlamağa davam edəcəyik”.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)