“Qrenlandiyanın gələcəyi yerli sakinlərdən asılıdır” - ABŞ dövlət katibi
“Qrenlandiyanın gələcəyi ilə bağlı qərar onun sakinlərinə aiddir, lakin ABŞ tərəfdaşlıq təklif etməyə hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Brüsseldə keçirdiyi brifinqdə deyib.
“Bu, qrenlandiyalılardan asılı olacaq, vitse-prezident [C.D.Venc] bunu aydın şəkildə çatdırdı. Qrenlandiya Danimarkanın bir hissəsi olmaq istəmir, onlar məhz buna köklənməlidirlər. Biz onlara bu ideyanı verməmişik. Onlar uzun müddət bu barədə danışırdılar. Onlar bu qərara gəldikdən sonra onu qəbul edəcəklər. Əgər onlar bu qərarı qəbul etsələr, o zaman Birləşmiş Ştatlar potensial olaraq işə qarışmağa və “Yaxşı, biz sizinlə tərəfdaşlıq yarada bilərik” deməyə hazır olacaq. Biz hələ o mərhələdə deyilik, lakin məhz vitse-prezident keçən həftə oraya səfəri zamanı buna aydınlıq gətirdi”, - deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, ölkəsi Çinin qrenlandiyalılara külli-miqdarda pul təklif etməsinə və Qrenlandiyanın Çindən asılı olmasına imkan verməyə hazırlaşmır.
Xatirə SADİQ