Putin Zelenski ilə eyni masaya oturmağa razılaşdı - Peskovdan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara hazırdır, lakin onun “legitimliyinin hüquqi aspektləri” nəzərə alınmalıdır. 

Feb 18, 2025 - 13:43
Putin Zelenski ilə eyni masaya oturmağa razılaşdı - Peskovdan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. 

Xatırladaq ki, Vladimir Zelenskinin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb və hərbi vəziyyət səbəbindən ölkədə prezident seçkiləri keçirilməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya iqtisadi birlik olduğu üçün Ukrayna da daxil olmaqla istənilən dövlətin Avropa İttifaqına üzv olmasını suveren hüququ hesab edir, lakin Moskvanın hərbi ittifaqlara fərqli yanaşması var.

Rusiyanın Ukraynanın Aİ-yə mümkün daxil olmasına münasibəti ilə bağlı sualı cavablandıran Peskov deyib: “Bu, istənilən ölkənin suveren hüququdur. Söhbət iqtisadi inteqrasiya proseslərindən gedir. Burada təbii ki, heç kim başqa ölkəyə nəyisə diktə edə bilməz və biz bunu etmək fikrində deyilik”.

“Ancaq təhlükəsizlik, müdafiə və hərbi ittifaqlarla bağlı məsələlərdə, əlbəttə, mövqe tamamilə fərqlidir. Bizim buna fərqli yanaşmamız var və bu, hamıya yaxşı məlumdur”, - deyə Peskov yekunlaşdırıb.

Oğuz