Kəramət Böyükçöldən yazısını paylaşan YAP-çı deputata REAKSİYA
YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək paylaşım edib.
Baş vermiş olayla bağlı mediaya açıqlama verən deputat Aydın Hüseynov məsələni texniki sahv adlandırıb:
"Telefonum qardaşım oğlunda olub, texniki səhvdir, rəsmi paylaşılan bir şey deyil. Burada gündəm olunası heçnə yoxdur".
SAVASHMEDİA.az-ın xəbərinə görə, yazıçı Kəramət Böyükçöl də məlum hadisə ilə bağlı açıqlama verib:
"Hökumət saytları səhərdən bəri bu xəbəri tirajlayır. Səhərdən bəri bəlkə 15 jurnalist zəng edib mənə. Deyir, açıqlama ver. Sən Allah mən nə açıqlama verim? Nə deyim? Burda mənlik nə var ki, açıqlama verim? Niyə imkan vermirsiz dərdimi çəkim?".
Oğuz
deputat Aydın Hüseynov