"Stalinə ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Səməd Vurğunun nəticəsi + Bu da həmin şeir 

Səməd Vurğunun ev-muzeyinin direktoru, şairin nəticəsi, pianoçu Vurğun Vəkilov  Səməd Vurğunun yaradıcılığı ətrafında aparılan müzakirələrə münasibət bildirib.

Jul 9, 2026 - 11:36
Jul 9, 2026 - 11:37
"Stalinə ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Səməd Vurğunun nəticəsi + Bu da həmin şeir 

SAVASHMEDİA.az xəbər verir ki, o, Səməd Vurğuna yönələn tənqidlərə cavab olaraq qeyd edib ki, Stalin mövzusunda yazılan əsərlərə bu günün prizmasından yanaşmaq doğru deyil.

"Mənə qalsa, Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb. Ona görə də bunlara çox fikir vermək lazım deyil", -  Vəkilov apa-ya müsahibəsində bildirib.

Xatırladaq ki, Vurğun Vəkilovun da xatırlatdığı kimi, repressiya qurbanı olan böyük Azərbaycan şairi Mikayıl Müşfiq də 1930-cu illərdə Stalinə həsr olunmuş məşhur şeirini qələmə almışdı. Həmin şeirin  ilk bəndi belədir:

Cahan dairəsi bir üzük kimi,
Üstünün ən böyük gövhəri sənsən.
Tarixin darısqal keçidlərində,
Bəşərin xilaskar rəhbəri sənsən.

Ədəbiyyatşünasların bir qismi bu əsəri 1930-cu illərdə Stalinə həsr olunmuş ən güclü poetik nümunələrdən biri hesab edir.Amma şair Stalin haqqında tərif dolu şeir yazmasına baxmayaraq, 1937-ci ildə həbs edilib, 1938-ci ildə isə güllələnib. 

Vəkilovun fikrincə, həmin dövrün tarixi və siyasi reallıqları nəzərə alınmadan sovet dövrü şairlərini yalnız bu cür əsərlərinə görə mühakimə etmək düzgün yanaşma deyil.

Hazırladı: Aytən