Kremlin sözçüsü AZAL-ın təyyarəsindən danışdı
Rusiya AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının qərəzsiz araşdırılmasında maraqlıdır.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Peskov səlahiyyətli orqanlara müvafiq göstərişlər verildiyini vurğulayıb: “Biz bu qəzanın səbəblərini müəyyənləşdirmək üçün tamamilə obyektiv, qərəzsiz araşdırmada maraqlıyıq”.
Kremlin sözçüsü xatırladıb ki, Aktau yaxınlığında təyyarə qəzası baş verəndən bəri Rusiya və Azərbaycan prezidentləri iki dəfə zəngləşiblər. Söhbət zamanı onlar istintaqın gedişini müzakirə ediblər.
Xatirə SADİQ