Bunu heç bir dövlət başçısı etməzdi, Tramp etdi - Paylaşdığı FOTO

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı növbəti addımı ilə gündəmə gəlib.

Aug 18, 2026 - 15:58
Bunu heç bir dövlət başçısı etməzdi, Tramp etdi - Paylaşdığı FOTO

SAVASHMEDIA.az xəbər verir ki, Tramp "Truth Social" hesabında Bəsrə və Oman körfəzlərini əks etdirən xəritə paylaşaraq Hörmüz boğazını “NEW U.S. Territory” - “Yeni ABŞ ərazisi” yazısı ilə işarələyib.

Boğaz xəritədə mavi dairəyə alınıb.

Bu paylaşım boğaza nəzarətlə bağlı mübahisələrin davam etdiyi bir vaxtda edilib.

Tramp avqustun 14-də çıxışı zamanı İranın məğlub edilməsindən sonra boğazı ABŞ ərazisi elan edəcəyini açıqlamışdı.

Hörmüz boğazı İran və Oman arasında yerləşən və qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan su yoludur. Hazırda onun statusu ABŞ-İran danışıqlarının əsas mübahisə mövzularından biri olaraq qalır. 

Səlcuq