Hörmüzdə gəmi vuruldu - ekipaj üzvü yaralandı
Hörmüz boğazında növbəti insident baş verib.
SAVASHMEDİA.az “Reuters”ə istinadlıa xəbər verir ki, boğazdan çıxış istiqamətində hərəkət edən gəmi mərmi ilə vurulub.
Hadisə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri xəsarət alıb.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu (UKMTO) bildirib ki, hadisədən sonra ekipajın digər üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilib.
İnsidentin hansı tərəfin hücumu nəticəsində baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Aytən