Canlı yayımda əriştə yeyən məşhur tiktoker qəfil öldü - FOTO

Misirli məşhur fenomen “Rameni çiy ye” trendinə qoşularaq canından olub.

Aug 27, 2025 - 17:11
Canlı yayımda əriştə yeyən məşhur tiktoker qəfil öldü - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 13 yaşlı tiktokerin ard-arda 3 paket çiy əriştə yedikdən bir neçə saat sonra canlı yayımda halı pisləşib. Şiddətli mədə ağrısı və qusma şikayəti ilə təcili xəstəxanaya yerləşdirilən fenomenin həyatını xilas etmək mümkün olmayıb. 

Polis yeniyetmənin ölümü ilə bağlı araşdırmalara başlayıb. Əriştənin satıldığı mağazadakı məhsullar laboratoriyaya göndərilib. Test nəticələri göstərib ki, məhsullarda heç bir zəhərli maddə və əlavə yoxdur. Tibbi ekspertiza yeniyetmənin yüksək miqdarda çiy əriştə istehlakı nəticəsində bağırsaq tıxanması səbəbi ilə öldüyünü ortaya çıxarıb.

Banu