Komediya aktyoru yumora görə cərimələndi - “Peşmanam…”
Rusiyanın Nijni Novqorod şəhərinin eyniadlı rayon məhkəməsi komediya aktyoru Dmitri Qavrilovu ölkənin Silahlı Qüvvələrini nüfuzdan saldığına görə 30 min rubl cərimələyib.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, aktyor təqsirini tam etiraf edib.
“Mən günahımı tamamilə etiraf edirəm və peşmanam. Mən Rusiya Federasiyası Silahlı Qüvvələrindən üzr istəmək istərdim”, - deyə Qavrilov məhkəmədə bildirib.
O, əlavə edib ki, videonu yumoristik məqsədlə yayımlayıb, lakin bu cəhdi uğursuz alınıb.
Qeyd edək ki, video YouTube platformasında 20 yanvar 2023-cü ildə yayımlanıb.
Xatırladaq ki, bu yaz Moskvanın Perovski Məhkəməsi redaktor Sergey Sokolovu Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə cərimələyib, iyul ayında paytaxtın Tver Məhkəməsi xarici agent blogger İlya Varlamovu buna görə 50 min rubl cərimələyib. Avqust ayında isə Moskvanın Taqanski Rayon Məhkəməsi jurnalist Yuri Duda 40 min rubl məbləğində inzibati cərimə kəsib. Jurnalist “xarici agentin fəaliyyəti qaydasını pozma” maddəsi ilə təqsirli bilinib.
Xatirə SADİQ