Rusiya və İrana yeni sanksiyalar gəlir – Aİ bu gün qərar verəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. 

Oct 14, 2024 - 13:14
Rusiya və İrana yeni sanksiyalar gəlir – Aİ bu gün qərar verəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Nəşr bildirib ki, bu gün Aİ xarici işlər nazirlərinin keçirdiyi iclasda Rusiya və İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı yekun qərar qəbul edilməsi gözlənilir. Məhdudiyyətlər, ehtimal ki, əvvəlki qadağalardan yayınma ilə mübarizə məqsədi daşıyacaq.

Sanksiyalar digər ölkələrə “silah göndərməkdə” iştirak etdiyi iddia edilən təşkilatlara təsir edəcək. Aİ belə şirkətlər sırasına İrandan olan aviaşirkətləri də daxil edib. Rusiya şirkətlərinə sanksiyanın tətbiqi isə “vəziyyəti qeyri-sabitləşdirdiyi” fikri ilə izah edilir. 

Xatirə SADİQ