"Girovları 72 saata qaytara bilmərik" - HƏMAS

ABŞ Prezidenti Donald Trampın planına əsasən israilli girovların 72 saat ərzində azad edilməsi mövcud şəraitdə mümkün deyil.

Oct 4, 2025 - 01:56
"Girovları 72 saata qaytara bilmərik" - HƏMAS

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Al Jazeera”ya açıqlamasında Fələstin hərəkatı HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib.

“Girovların və cəsədlərin 72 saat ərzində təhvil verilməsi yalnız təklifdir və hazırkı şəraitdə həyata keçirilə bilməz”, - o qeyd edib.

Əbu Mərzuk həmçinin bildirib ki, Trampın planındakı məqamların icrası üçün daha çox dəqiqləşdirməyə və izaha ehtiyac var.

Qeyd edək ki, HƏMAS oktyabrın 3-də Trampın planı çərçivəsində bütün girovları azad etməyə hazır olduğunu bəyan etmişdi.