Sedat Pekərin maddi yardım etdiyi məşhur türk aktyor vəfat etdi - FOTO + VİDEO
“Yeşilçam”ın və Türkiyənin məşhur aktyoru, müğənnisi Recep Bülbülses vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, aktyorun ölüm xəbərini müğənni Onur Akay yayıb.
Akay bildirib ki, 60 yaşlı R.Bülbülses astma xəstəliyindən və maddi sıxıntılardan əziyyət çəkirmiş.
“Ölmək istəmirəm” deyən aktyor ötən gecə nəfəs darlığı şikayəti ilə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, R.Bülbülsesin həyatını xilas etmək mümkün olmayıb.
Fotoda Recep Bülbülses
Qeyd edək ki, R. Bülbülses ilk dəfə 1983-cü ildə “Kardeşim Benim” adlı filmə çəkilib. 1985-ci ildə baş rolunda müğənni Əmrahın çəkildiyi “Acıların Çocuğu” filmində rol alıb. 1987-ci ildə “Patroniçe” filmində çəkilib.
Məşhur aktyor karyerası boyunca 60 dan çox filmdə rol alıb. Onlardan dördü baş rol olub. Bülbülses müğənni kimi də fəaliyyət göstərib. Son zamanlar yaşadığı maddi sıxıntılarla gündəmə gələn aktyora məşhur mafiya lideri Sedat Peker dəfələrlə yardım edib.
Banu
Посмотреть эту публикацию в Instagram