Azərbaycanda torpaq uçqunu - Ölən var

Qobustan rayonunda torpaq uçqunu faciə ilə nəticələnib.

Aug 20, 2025 - 11:42
Azərbaycanda torpaq uçqunu - Ölən var

SAVASHMEDİA.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.