"İzmir işğal olundu" yazdı, polis evindən apardı - Berna Laçın saxlanıldı
Türkiyəli aktrisa Berna Laçin sosial media paylaşımına görə saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək polis əməkdaşlarının evinə gəldiyini və axtarış apardığını bildirib.
"Gözaltına almağa gəldilər, evimdə axtarış aparırlar. Nə olduğunu anlamadım" - Laçin yazıb.
Qeyd edək ki, Ankara Cumhuriyet Başsavcılığı Laçının “İzmir daha əvvəl də işğal edilib, Qorxma!” məzmunlu paylaşımı ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi üzrə - “xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama” ittihamı ilə araşdırma başladıb.
Laçin bu paylaşımı İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuğayın AKP-yə keçməsindən sonra edib.
Oğuz