Ərdoğanın müşavirindən Azərbaycana HİCAB ÇAĞIRIŞI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələrə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
Saral Azərbaycanda şagirdlərin məktəblərə başlarını bağlayaraq gəlməsinin qadağan edilməsini "qəbuledilməz" adlandırıb.
“İnancına görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Baş örtüyü maneə deyil, inancın tələbidir! Təhsil hüququ heç bir ideoloji məcburiyyətin qurbanına çevrilməməlidir!” - o yazıb.
Ərdoğanın baş müşaviri bir qədər də irəli gedərək Azərbaycanın bu yanlışdan tezliklə dönəcəyinə ümid etdiyini ifadə edib
“Gənclərin gələcəyinə maneə yaratmaq deyil, onların qarşısını açmaq lazımdır. Bu dövrdə belə bir yanaşmaya qətiyyən yol verilməməlidir!” - Saral qeyd edib.
Oğuz