İqbal Ağazadənin "Telegram"ı sındırıldı - "Adımdan pul istəyirlər"

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə "Telegram" hesabının dələduzlar tərəfindən ələ keçirildiyini açıqlayıb.

Jul 1, 2026 - 20:14
Jul 1, 2026 - 21:12
İqbal Ağazadənin "Telegram"ı sındırıldı - "Adımdan pul istəyirlər"

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İqbal Ağazadənin sözlərinə görə, naməlum şəxslər onun "Telegram" nömrəsini ələ keçirərək kontakt siyahısında olan şəxslərə onun adından mesajlar göndərir və pul istəyirlər.

Sabiq deputat hüquq-mühafizə orqanlarına da müraciət edib. 

O,  paylaşımda yazıb:

"Hörmətli Elşad Hacıyev, mənim "Telegram" nömrəmi oğurlanıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyirlər. Xahiş edirəm, yardımçı olun".

İqbal Ağazadə vətəndaşları onun adından göndərilən mesajlara inanmamağa və həmin kart hesablarına hər hansı vəsait köçürməməyə çağırıb.

Oğuz