Deputat Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib? - Özü DANIŞDI

Aparıcı Səidə Bəkirqızı deputat Günay Ağamalını müdafiə etməsi və hakimiyyətə yaxınlığı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Jun 1, 2026 - 16:32
Deputat Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib? - Özü DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, iddialarla bağlı musavat.com-un suallarını cavablandıran aparıcı Günay Ağamalını şəxsən tanımadığını deyib. 

“Mən bu xanım deputatı həyatda heç vaxt görməmişəm. Bir Allah şahiddir ki, Günay xanımın bircə sözünə haqq qazandırmışam ki, bəzi Azərbaycan kişilərində tənbəllik var”, - Səidə Bəkirqızı bildirib.

Aparıcının sözlərinə görə, deputatın digər fikirləri ilə razılaşmayıb və onunla nə alacağı, nə də verəcəyi var: 

“Mənə yazııb soruşurlar  ki, Günay Ağamalı bu çıxışa görə sənə nə qədər pul verdi? Əqidəsini pula satan adamlar elə bilirlər ki, mən kiminsə pulu ilə danışıram. Kimdənsə bir manat da almamışam, pulu öz əziyyətimlə qazanıram. Heç vaxt kiminsə xoşuna gəlim deyə danışmamışam”.

O, hakimiyyətə yaxın olması barədə səsləndirilən fikirlərə də toxunaraq bildirib ki, fəaliyyəti dövründə daim insanların problemlərini gündəmə gətirib, regionlardakı çatışmazlıqları işıqlandırıb və məmurları tənqid edib. S.Bəkirqızının sözlərinə görə, bu mövqeyi səbəbindən vaxtilə "Space" televiziyasındakı verilişi də bağlanıb.

Aparıcı qeyd edib ki, hökumətə yarınmaq niyyətində olsaydı, yüksək vəzifəli şəxslərlə bağlı tənqidi materiallar hazırlamazdı: “Hökumətə yarınmaq istəsəydim, Əli Əsədovun tikdirdiyi evin yanında durub süjet hazırlamazdım”.

Aytən