Zelenski ərazi güzəştinə gedə biləcəyini dedi - İLK DƏFƏ
Ukrayna prezidenti Volodimir Zelenski "Sky News"-un müxbiri Stuart Ramsaya müsahibəsində ərazi güzəştlərinə hazır olduğunu deyib.
SAVASHMEDİA.az xəbər verir ki, o, ölkənin Kiyevin nəzarətində olan hissəsinin NATO-ya üzvlüyü qarşılığında münaqişənin qaynar mərhələsinə son qoymağa razılaşacaqlarını bildirib.
İtirilmiş ərazilərə gəlincə, Zelenski deyib ki, həmin ərazilərin diplomatik yollarla geri qaytarılacağına inanır.
Lakin Zelenski əlavə edib ki, NATO əvvəlcə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir.
Səlcuq