Avropada “qaynar başlar” peyda olub” – Kremlin sözçüsü

“Avropada Ukraynaya qoşun göndərmək ideyası ilə bağlı birlik yoxdur, amma “qaynar başlar” peyda olub”. 

Nov 25, 2024 - 13:54
Avropada “qaynar başlar” peyda olub” – Kremlin sözçüsü

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov xarici mətbuatın Ukraynaya qoşun göndərilməsi ilə bağlı yazılarına münasibət bildirərkən deyib.

“Biz də sizin kimi bu mesajların nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik”, - deyə sözçü vurğulayıb. 

Kreml nümayəndəsi xatırladıb ki, bu cür fikirlər əvvəllər Avropanın müxtəlif paytaxtlarından səslənirdi.

“Le Monde” qəzeti yazıb ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya qoşun və ya özəl hərbi şirkətlərin mümkün göndərilməsi ilə bağlı müzakirələri bərpa ediblər. 

Nəşrin yazdığına görə, müzakirələrin bərpası Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlməsi ilə bağlıdır. Avropada güman edilir ki, respublikaçı prezidentin andiçmə mərasimindən sonra Vaşinqton Kiyevi dəstəkləməkdən imtina edəcək.

Xatirə SADİQ