“Bu, çox çətin danışıqlar nəticəsində mümkün oldu” – Dmitri Peskov
“Hakimiyyət bütün Rusiya vətəndaşlarını öz vətənlərinə qaytarmaq üçün bütün tədbirləri görür”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kursk vilayətinin 46 sakininin Ukraynadan qaytarılmasını şərh edərkən deyib.
Prezidentin sözçüsü bildirib ki, Kursk vilayətinin sakinlərinin vətənlərinə qayıtması “çox çətin danışıqların” nəticəsində baş tutub.
Xatırladaq ki, noyabrın 22-də Moskva və Kiyev arasında aparılan danışıqlar nəticəsində Kursk vilayətinin 46 sakini Rusiyaya qaytarılıb. Bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova xəbər verib.
Xatirə SADİQ