"Buta Palace"də başlayıb, telefon davası ilə bitən münasibət  - "iPhone" arvadda qaldı

Bakıdakı məşhur "Buta Palace" sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Nov 25, 2024 - 14:04
"Buta Palace"də başlayıb, telefon davası ilə bitən münasibət  - "iPhone" arvadda qaldı

SAVASHMEDİA.az xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili "Facebook" hesabında ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb.

Vəkil sözügedən boşanma zamanı tərəflərdən birinin vəkili olub.

O, qeyd edib ki, bəy-gəlinin "Buta Palace"dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilibmiş:

"Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan "iPhone" telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu "Buta Palace"da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım".

İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi "iPhone" telefonunun kimdə qaldığına da aydınlıq gətirib:

"Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf - yəni, arvad oldu. "iPhone" cihazı bizdə qaldı".

Vəkil boşanan cütlüyün ad-soyadlarını gizli saxlayıb.