Zaxarovadan ABŞ-nin son sanksiyasına reaksiya

“ABŞ Maliyyə Nazirliyinin “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı yeni sanksiyaları Rusiya üçün heç bir problem yaratmayacaq”.

Oct 23, 2025 - 15:10
Zaxarovadan ABŞ-nin son sanksiyasına reaksiya

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib:

“ABŞ Maliyyə Nazirliyinin qərarı bizim üçün heç bir xüsusi problem yaratmayacaq. Rusiyanın məhdudiyyətlərə qarşı immuniteti formalaşıb”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi neft hasil edən “Rosneft” və “Lukoyl” şirkətlərini, həmçinin bu şirkətlərin 34 törəmə müəssisəsini Amerika sanksiyalarının yeni paketinə daxil edib.

“Lukoyl” şirkətinin sahibi azərbaycanlı milyarder Vahid Ələkbərovdur.