Salome Zurabişvilinin ürəyi ağrıyır – “Haradan haraya gəldik...”
Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, ölkəsi dərin siyasi böhrana girir və Aİ yolunda müəyyən məsafəni qət etmiş Gürcüstanın indi harada olduğunu düşünəndə ürəyi ağrıyır.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstan pezidenti ölkəsində olan Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Polşa parlamentlərinin xarici siyasət komitələrinin sədrləri ilə danışıqlardan sonra bildirib.
“Harada olduğumuzu və bu gün harada olduğumuzu düşünəndə ürəyim ağrıyır. Hardasa itirilmiş şans var və biz dostlarımızla birlikdə buna nail olmalıyıq”, - deyə Zurabişvili əlavə edib.
Onun sözlərinə görə, Avropa Gürcüstanı buraxmadığından yenə də ölkəsinin və gürcü xalqının avropalılığına inanır. “Avropanın gələcəyinə ümidlər hər dəfə sual altında olanda Gürcüstan əhalisi, cəmiyyət buna qarşı çıxır. Mən çox adam tanıyıram ki, təxminən 30 ilə yaxın dövrünü küçələrdə keçirirlər, çünki bu ölkədə istənilən demokratik idarəetmə prinsipi, mahiyyət etibarı ilə həmişə şübhə altına salınır. Bu, cəmiyyəti avropalı və demokratik olan ölkədir. Amma təəssüf ki, demokratik hökumət yoxdur, ölkənin demək olar ki, bütün institutlarını ələ keçirmiş birpartiyalı hökumət var və nəticələri biz bu seçkilərdə aldıq”, - Zurabişvili bildirib.
Zurabişvili bildirib ki, Avropa İttifaqının səkkiz ölkəsindən nümayəndə heyətinin gəlməsi Avropanın dəstəyinə işarədir.
“Gürcü Arzusu” hakim partiyası avropalı siyasətçilərin bu səfərini qərəzli hesab edib, parlamentin sədri Şalva Papuaşvili onlarla görüşdən rəsmən imtina edib.
Gürcüstanın vətəndaş cəmiyyəti isə Aİ-nin səkkiz ölkəsinin deputatlarından ibarət nümayəndə heyətini səhər saatlarında qarşılamaq üçün prezidentin Tbilisidəki iqamətgahının önünə toplaşıb. Məqsəd avropalı dostlara gürcü xalqının oğurlanmış seçkiləri qaytarmaq üçün mübarizə apardığını göstərmək olub.
Zurabişvili ilə danışıqlardan sonra nümayəndə heyətinin bəzi üzvləri aksiya iştirakçıları ilə söhbət ediblər.
Bu axşam saat 19:00-da parlament binası önündə “Biz Avropayıq” şüarı altında Avropayönlü müxalifət partiyaları koalisiyasının mitinqinin keçirilməsi planlaşdırılır.
Xatirə SADİQ