Binanın suyu qeyri-qanuni "moyka"ya verilir? - Üç dövlət qurumuna ittiham + VİDEO

“Qeyri-qanuni “moyka” açıb, 9 mərtəbəli binanın suyu ilə xalça-palaz yuyurlar”.

Jun 19, 2026 - 19:59
Jun 19, 2026 - 20:06
Binanın suyu qeyri-qanuni "moyka"ya verilir? - Üç dövlət qurumuna ittiham + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu, sosial şəbəkədə yazılmış şikayətdə qeyd olunub. 

Yayılmış videonun Sumqayıt şəhərində çəkildiyi bildirilib:

“Bura Sumqayıtdakı 47-ci məhəllədir. 10 və 11-ci binaların qarşısıdır. Qeyri-qanuni “moyka” açıb 9 mərtəbəli binanın suyu ilə pulla xalça-palaz yuyurlar”.

İddia olunub ki, qurumlar da bu biabırçılığa susurlar:

“Əraziyə baxan su idarəsinin, işığın əməkdaşları da buna nəyəsə görə göz yumurlar”.

Şikayət paylaşımına aidiyyəti dövlət qurumları - “Azərişıq” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Sumqayıt şəhər İcra Hakimiyyəti işarələnərək məsələyə aydınlıq gətirmələri istənilib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)