İmam Əli həqiqətən belə buyurub? - Elşad Miri
İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında qadınlarla bağlı İmam Əliyə aid edildiyi bildirilən bir mətn barədə paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, həmin fikirlərin “Nəhcül-bəlağə”də yer almasını vurğulayaraq, mövzunun doğruluğunu araşdırmaq məqsədi ilə istifadəçilərə müraciət edib.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"Seyid Rəzi tərəfindən 1000-ci ildə tərtib edilən Nəhcül-bəlağə adlı kitabdakı bütün xütbələrin, məktubların və hikmətli sözlərin İmam Əliyə aid olduğu bildirilir.
Deməli, bu kitabın 79-cu xütbəsində belə deyilir.
İmam Əli əleyhissalamın «Cəməl» döyüşü başa çatdıqdan sonra qadınları pisləyərkən buyurduğu kəlamlardandır. (Aişə və onun arxasınca gedənləri də pislədiyi güman edilir.)
Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir.
Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir.
Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin.
Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər)"
Aytən