Defekt mal satan “İrşad” qanunlara meydan oxuyur - "Hara şikayət edirsən, et"

“”İrşad” mağazalar şəbəkəsi defekt məhsullar satır. Dəyişdirmək istəyəndə isə deyirlər ki, “get, hara şikayət edirsən, et””.

Jun 19, 2026 - 21:36
Defekt mal satan “İrşad” qanunlara meydan oxuyur - "Hara şikayət edirsən, et"

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Çingiz Abdullayev adlı müştəri çıxış edib.

Şikayətçi bildirib ki, ailəsi “İrşad” mağazalar şəbəkəsindən “Beko” markalı soyuducu alıb, lakin soyuducuda defektlər olub:

“Valideynlərim 07.06.2026 tarixində “İrşad” magazalar şəbəkəsinin Əhmədli filialından “Beko” markalı soyuducu alıb. Soyuducunun matorxana hissəsində əziklər var. Müraciət etdikdə isə “hamsı belə olur” cavabını verirlər”.

Şikayətçi məhsulun dəyişilməsi üçün alındıqdan iki gün sonra mağazaya müraciət etdiyini deyib:

“Məhsulu 14 gün ərzində işlətməmişəm və aldıqdan 2 gün sonra (çatdırılmanın səhəri gün) dəyişdirilmə ilə bağlı müraciət etmişəm. Məhsulu dəyişmirlər. Dedilər servis baxmalıdır. Servis gəlib baxıb, ancaq aparmır. Deyirlər ki, aparsalar, onların üstündə qalacaq. Əlavə dəfələrlə zəng etmişik, dəfələrlə müraciət etmişəm hər dəfə eyni sözü deyirlər – “sizinlə əlaqə saxlanılacaq”.

Çingiz Abdullayev iddia edir ki, “”İrşad” mağazalar şəbəkəsi defekt mal satmasına baxmayaraq, məsuliyyəti boynuna götürmür:

“Atam baş ofislərində də olub. Baş anbara göndəriblər ki, get bax, oradakılar da belədir, hamsı belə gəlir. “Hara istəyirsən şikayət et, bizə fərqi yoxdur” deyirlər”.

Şikayətçi “”İrşad” mağazalar şəbəkəsinin rəhbərinə də müraciət edərək, “kimə arxalanıb qanunlara əməl etmirsiniz?” sualını verib:

“”İrşad” mağazalar şəbəkəsinin rəhbərinə səslənirəm. Siz Azərbaycan Respublikasının qanunlarına əməl etmirsiniz? Nəyə görə mənim istehlakçı hüquqlarımı tapdalayırsınız? Bu, kondisioner və ya televizor deyil ki, deyim, olmasa da, olar. Artq günlərdir ki, mənə maddi ziyan dəyir. Hər gün məhsullar atılır, xarab olur. Hələ mənəvi ziyanı demirəm. Bütün qaimələr var. Nəyə əsasən və kimə arxalanaraq bu hərəkəti edirsiniz? Kimə arxalanıb “kimə istəyirsən, hara istəyirsən şikayət et” deyirsiniz?”.

Banu