İşdən çıxarılan general danışdı - Səbəb bu imiş
“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "qafqazinfo"ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:
“Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.