Moldova Rusiya dronlarına görə narahatlığını bildirdi
Rusiya pilotsuz uçuş təyyarələrinin Moldova üzərində uçması narahatlıq doğurur.
SAVASHMEDİA.az Moldova KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya pilotsuz təyyarələrinin bu yaxınlarda ölkədə düşməsini şərh edən ölkə prezidenti Maya Sandu bildirib.
“Hələlik onlar Moldova Respublikası üçün təhlükə yaratmır, lakin sərhədlərdə müharibə faktı və hava məkanımız üzərində pilotsuz təyyarələrin uçuşu narahatlıq doğurur”, - deyə Sandu vurğulayıb.
Prezident qeyd edib ki, ayıq-sayıq olmaq, həmçinin bütün ölkəni qorumaq və bütün vətəndaşların özlərini təhlükəsiz hiss etmələri üçün lazımi texnologiyalar əldə etmək zəruridir.
Bazar günü Moldovanın Kauşan və Rışkan bölgələrində iki pilotsuz uçuş aparatı aşkar edilib.
Xatirə SADİQ