"Məktəblilər 2025-ci ildən pulsuz yeməklə təmin olunacaqlar" – Zelenski
2025-ci ildən Ukrayna məktəblərində bütün şagirdlər üçün pulsuz yemək tətbiq olunacaq.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə president Volodimir Zelenski parlamentdə Dayanıqlılıq Planının təqdimatı zamanı deyib.
O, xatırladıb ki, hökumət 2024-cü ilin noyabrından dövlət məktəblərdə yalnız ibtidai sinif şagirdlərini isti naharla təmin etməyə başlayıb.
“Bu il biz 1-ci sinifdən 4-cü sinfə qədər ukraynalı uşaqlar üçün pulsuz yeməklər tətbiq etdik. Mən hökumətə gələn il bütün ukraynalı məktəbliləri pulsuz yeməklə təmin etməyi tapşırdım, Bunu etmək vacibdir”, - deyə prezident vurğulayıb.
Qeyd edək ki, söhbət məktəblərdə yalnız gündə bir dəfə naharın və ya səhər yeməyinin pulsuz verilməsindən gedir.
Təhsil və elm naziri Oksen Lisovoy bildirib ki, hazırda 780 min ibtidai sinif şagirdi dövlət dəstəyi ilə pulsuz yeməklə təmin edilib. Bu yardım 1-4-cü siniflərdə olan bütün ukraynalı uşaqları əhatə edir.
Xatirə SADİQ