İran BMT-yə şikayət etdi - Trampa görə

İran ABŞ prezidenti Donald Trampın “ehtiyatsız və aqressiv” bəyanatlarına görə BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Apr 2, 2025 - 12:07
İran BMT-yə şikayət etdi - Trampa görə

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

İran amerikalı prezidentin bəyanatlarını BMT-nin əsas Nizamnaməsinin və “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb. 

İranın BMT-yə göndərdiyi məktubda deyilir ki, Tehran istənilən hərbi avantüralar məsələsində qətiyyətlə xəbərdarlıq edir. İran tərəfi bildirib ki, Birləşmiş Ştatların və ya onun vəkil edilmiş nümayəndəsi, İsrail rejiminin ölkənin suverenliyinə, ərazi bütövlüyünə və ya milli maraqlarına qarşı hər hansı təcavüz və ya hücumuna tez və qəti şəkildə cavab verəcək.
 
Qeyd edək ki, bu addım Trampın Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombardmanlarla və əlavə rüsumlarla hədələməsindən sonra atılıb.

Xatirə SADİQ