“NATO Polşa ilə məsləhətləşir” - Alyansın sözçüsü

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya dronlarının Polşaya hücumuna münasibət bildirib.

Sep 10, 2025 - 12:48
“NATO Polşa ilə məsləhətləşir” - Alyansın sözçüsü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü X sosial şəbəkəsində məlumat paylaşıb. 

Sözçünün sözlərinə görə, dünən gecə Polşanın hava məkanına daxil olan çoxlu sayda dronlar Polşa və NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən qarşılanıb.

“NATO-nun baş katibi Polşa rəhbərliyi ilə əlaqə saxlayır, NATO isə Polşa ilə sıx məsləhətləşir”, - deyə Alyansın sözçüsü bildirib.

Xatirə SADİQ