“Putinə etibar etmirik” - Polşa prezidenti

Finlandiyada səfərdə olan Polşa prezidenti Karol Navrotski Rusiyanın ölkəsinə dron hücumunu pisləyib. 

Sep 10, 2025 - 12:42
Sep 10, 2025 - 12:45
“Putinə etibar etmirik” - Polşa prezidenti

SAVASHMEDİA.az bu barədə “The Guardian”a istinadən xəbər verir. 
 
“Biz Vladimir Putinin xoş niyyətinə inanmırıq. Əlbəttə, biz regionlarımızə zəruri olan uzunmüddətli, daimi sülhü gözləməklə, hesab edirik ki, Vladimir Putin başqa ölkələri işğal etməyə hazırdır. Məhz buna görə biz silahlı qüvvələrimizi, tərəfdaşlığımızı və müttəfiqlik əlaqələrimizi inkişaf etdiririk”, - deyə Navrotski finlandiyalı həmkarı Aleksandr Stubbla paytaxt Helsinkidə keçirdiyi birgə mətbuiat konfransında deyib.

Polşa prezidentinin sözlərinə görə, amerikalı həmkarı Donald Tramp “Putinin nə qədər böyük təhlükə yaratdığını görür”. 

“Biz Putinə etibar etmirik”, - deyə Navrotski əlavə edib.

Xatirə SADİQ