İran bu şəxsin yerini deyənə 100 min dollar mükafat VƏD ETDİ - Hamı onu axtarır
Xəbər verdiyimiz kimi, ötən gün İran səmasında ABŞ-yə məxsus F-35 qırıcısı vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, qırıcı vurulduqdan sonra iki pilot İran ərazisinə düşüb.
Açıqlanman son məlumatda artıq həmin pilotlardan birinin SEPAH tərəfindən əsir götürülüdüyü açıqlanıb. Digər pilotun axtarışları isə davam etdirilir.
Xatırladaq ki, pilotun axtarışına ABŞ və İsrail qüvvələri də cəlb olunub. Onlar ekipaj üzvünü İran hərbçilərindən öncə tapmaq üçün xüsusi əməliyyata start veriblər.
Tehran isə ikinci pilotu da əldən vermək niyyətində deyil. Belə ki, İran rejimi ikinci amerikalı pilotu tapana, əsir götürənə və ya dəqiq yerini deyənə 100 min dollar mükafat vəd edib.
Oğuz