Macarlar Ukraynanın Aİ üzvlüyünə tərəfdardır
Macarıstanda əhalinin demək olar ki, 60%-i Ukraynanın Aİ-yə qoşulmasını dəstəkləyir.
SAVASHMEDİA.az bu barədə “Telex”ə istinadən xəbər verir.
Məlumata görə, Peter Madyarın rəhbərlik etdiyi “Tisa” müxalifət partiyasının keçirdiyi sorğunun nəticələrindən belə məlum olub.
“Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyirsinizmi?” sualına anketləri dolduran 1,1 milyondan çox respondentin 58,18%-i “bəli” cavabını verib.
Vətəndaşlardan həmçinin Macarıstanın Avropa İttifaqı və NATO-nun üzvü olaraq qalıb-qalmaması da soruşulub. Əhalinin 98,68%-i bunu dəstəklədiyini bildirib.
“Tisa” partiyasının lideri söz verib ki, 2026-cı il seçkilərindən sonra hakimiyyətə gəlsələr, bu sorğunun nəticələri onların hökumətinin “məhək daşı” olacaq.
Xatirə SADİQ