Amerikalılar Trampın siyasətini bəyənmirlər – CNN
Amerikalılar ölkənin 47-ci prezidenti Donald Trampın iqtisadi siyasətini bəyənmirlər.
SAVASHMEDİA.az “Axios”a istinadən xəbər verir ki, bunu CNN/SSRS-in sorğusu müəyyənləşdirib.
Sorğuda iştirak edən 1206 amerikalıdan yalnız 45%-i Trampın indiyə qədər prezident kimi fəaliyyətini bəyənir, 54%-i isə buna qarşıdır. Bu arada, 56% Trampın iqtisadiyyatı idarə etməsini, onun ilk müddətinin istənilən nöqtəsindən daha çox bəyənmir.
Sorğuda iştirak edənlərin 61%-i Trampın tariflərlə bağlı hərəkətlərini, 52%-i isə federal büdcə ilə bağlı hərəkətlərini bəyənmədiyini bildirib.
“Axios” hesab edir ki, Donald Tramp seçki kampaniyasında qiymətlərin azaldılacağına diqqəti yönəldirdi. Lakin seçicilər onun siyasətinin – ABŞ-nin ən yaxın tərəfdaşları ilə ticarət müharibəsindən tutmuş kütləvi deportasiyalara qədər – əks-nəticəyə gətirib çıxardığını hiss etməyə başlayıblar.
Xatirə SADİQ