Fransa parlamenti Ukraynaya yardımın artırılmasına səs verdi

Fransa Milli Assambleyası Ukraynaya yardımın artırılmasına və Kiyevin maliyyə dəstəyi üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə çağıran qətnaməni təsdiqləyib.

Mar 13, 2025 - 13:54
Fransa parlamenti Ukraynaya yardımın artırılmasına səs verdi

SAVASHMEDİA.az bu barədə “Le Figaro”ya istinadən xəbər verir. 

Nəşr yazır ki, parlamentdə qızğın müzakirələrə baxmayaraq sənəd 288 səslə qəbul edilib. Ultra solçu “Fransa İnsoumise” partiyasını və kommunistləri təmsil edən 54 deputat qətnamənin əleyhinə səs verib. İfrat sağçı “Milli Birlik” partiyasının təmsilçiləri bitərəf qalıblar.

Qətnamə mahiyyətcə rəmzi məna kəsb etsə də, deputatlar ümid edirlər ki, bu, onlara hazırda Rusiya aktivlərinin ələ keçirilməsinə qarşı çıxan hökumətin xəttinə təsir göstərməyə imkan verəcək.

Qətnamə Aİ, NATO və digər müttəfiq ölkələri Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirməyə və artırmağa çağırıb.

Xatirə SADİQ